Beynəlxal neft konqresinin plenar iclasında çıxış edən IHS CERA mərkəzinin direktoru Daniel Yerqin bildirib ki, İraqda böhran neft qiymətlərinə gözlənilməz təsiri ilə nəticələnəcək.
“Yaxın Şərqin xətitəsi yenidən dəyişə bilər. Dünya neft bazarı ciddi problemlərlə üzləşir. Vaxt var idi neftin qiyməti $20 idi və bizə elə gəlirdi ki, bu qiymət uzunmüddətlidir. Baxın, indi neftin qiyməti neçəyədir və stabil qiymət haqda fikir bildirmək getdikcə mürəkkəbləşir” – deyə Yerqin bildirib.
Yerqin İTAR-TASS agentliyinə müsahibəsində bildirib ki, İraqdakı mövcüd vəziyyət neft bazarı üçün daha təsiredicidir, nəinki Rusiyaya tətbiq edilən sanksiyalar.
BP-nin icraedici direktoru Robert Dadli ümid edir ki, İraqda münaqişə ölkənin neft hasilatı rayonu olan cənub bölgəsinə sirayət etməyəcək.
O həmçinin jurnalistlərə bildirib ki, BP-nin xarici əməkdaşları İraqı tərk edib, lakin şirkətin ölkədə əməliyyat fəlaiyyəti davam edir.
İraq təsdiq edilmiş neft ehtiyatları baxımından Səudiyyə Ərəbistanından sonra ikinci ölkədir.
Qeyd edək ki, iyun ayının əvvəlindən İraqda üsyançıların hərəkətləri dünya bazarında neft qiymətlərinin artmasına səbəb olub.