OPEK iclasında iştirak etmək üçün Vyanaya gələn İranın neft naziri Bijan Namder Zanqane jurnalistlərnən görüş zamanı bildirib ki,İrana qarşı Qərbin sanksiyaları ləğv edilərsə, ölkəsi neft hasilatını 3 ay müddətində gündə 4 milyon barelə çatdıra bilər.
Qeyd etmək lazımdır ki, OPEK-in aylıq hesabatında göstərilir ki, hazırda İranda neft hasilatı 2.7 milyon barel, ixrac isə 1.5 milyon barel təşkil edir.
Bijan Namder Zanqane vurğulayıb ki, İranın nüvə proqramı üzrə danışıqların tamamlanması üçün vaxt təyin etmək mümkün deyil. Bu siyasi bir məsələdir. Danışıqlar prosesi çətin gedir və əgər qarşı tərəf iradə nümayiş etdirərsə yekun razılaşma əldə oluna bilər.