Cümə, Yanvar 23, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Əliyev: Azərbaycan dünyada Xəzər, Qara və Aralıq dənizlərini birləşdirən və boru kəmərləri şəbəkəsini şaxələndirən ilk ölkədir

30/06/2014
4
BAXIŞ
Share on FacebookShare on Twitter

XX-ilHazırda ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyindən ayrı tutula bilməz. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan təhlükəsizliyə töhfə verir: “Biz enerji diplomatiyası yolu ilə artıq regional əməkdaşlıq qurmuşuq və onu genişləndiririk. Hazırda planlarımız regionumuzun hüdudlarından kənara çıxır. Və enerji siyasətində ənənəvi tərəfdaş və müttəfiqlərimizlə yanaşı, biz avropalı tərəfdaşlarımızı təşəbbüslərimizin bir hissəsi olmağa dəvət edirik”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyada Xəzər, Qara dəniz və Aralıq dənizlərini birləşdirən və boru kəmərləri şəbəkəsini şaxələndirən ilk ölkədir: “Bu, bizə tədarük marşrutlarımızı şaxələndirməyə və hər hansı tədarük marşrutundan asılı olmamağa imkan verdi ki, bu da istehsalçılar kimi bizim üçün də vacibdir. Və biz tərəfdaşlarımıza strukturlarımızdan, neft-qaz yataqlarımızdan əlavə enerji resurlarını şaxələndirməyə və əldə etməyə kömək etdik”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr də qismən enerji sahəsində əməkdaşlığa əsaslanır: “Avropa Komissiyasının prezidenti və mənim tərəfimdən imzalanmış memorandumda Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşdırılmasını dəstəkləyən və yardım edən əsas tərəf kimi göstərilib. Biz üzərimizə ən böyük maliyyə yükünü, ən böyük məsuliyyəti götürdük və bu layihəni reallaşdırırıq.

Hazırda Cənub Qaz Dəhlizi üç vacib elementdən ibarətdir: hasilat – dünyada ən iri qaz yataqlarından biri olan “Şahdəniz”dən; tədarük və şaxələndirmə. Tədarük üç boru kəməri üzrə həyata keçiriləcək. Onlar faktiki olaraq, tikinti başa çatdıqdan sonra Bakıdan Avropa və İtaliyayadək böyük bir boru kəmərindən ibarət olacaq. Bu, Trans-Anadolu boru kəməri, Cənubi Qafqaz boru kəməri və Trans-Adriatik boru kəməridir”.

Prezident İlham Əliyev deyib ki, bu, hazırda reallaşdırılan ən iri infrastruktur layihəsidir və Azərbaycan regionun və Avropanın enerji xəritəsini dəyişəcək və enerjidaşıyıcıların tranziti ölkələrinə və istehlakçılarına fayda verəcək tarixi layihənin reallaşdırılmasında liderliyi öz üzərinə götürüb. Enerji siyasətində, enerji təhlükəsizliyində və diplomatiyasında bu üç komponent arasında maraqların balansı uğurun qazanılmasında əsas şərtdir: “Mən şadam ki, biz buna nail olduq və yaxın illərdə tərəfdaşlarımızla birlikdə bu tarixi layihəni reallaşdıracağıq”.

* Azərbaycan müstəqillik illərində Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri tikdi. Bundan əlavə Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi. Eyni zamanda Sovet zamanından mövcud olan Bakı-Novorossiysk neft kəməri, Hacıqabul-Qazax-Qardabani (Gürcüstan) və Hacıqabul-Astara-İran qaz kəmərləri modernizə edilərək işə salındı.

 

 

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.