Qazaxıstanın iqtisdiyyat və büdcə planlaşdırması naziri Erbolat Dosayev bildirib ki, Kaşağandakı itkini kompensasiya etmək üçün hökümət yeni neft hasilatı mənbələri axtarır.
Dosayev qeyd edib ki,”Kaşağan layihəsindən daxilolmalar planlaşdırılmır,vona görə ki,bütün vəsaitlər fonda yönəldilir. Ancaq 2015-ci il üçün nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf proqnozunda hasil edilməli neft ölkə ÜDM-nın artım sürətinə təsir edir”.
Əvvələr isə “KazMunayGaz” şirkətinin direktor müavini Daniyar Berlibayev bildirmişdi ki,Kaşağan layihəsinin kecikməsi üzündən 2014-cü ildə neft hasilatl proqnozu 81.8 milyon ton səviyyəsində gözlənilir.
Kaşağanda istehsal 2013-cü ilin senybrında başlamışdı,ancaq oktyabrda boruların birində qaz sızması aşkarlanandan sonra hasilat dayandırılmışdı.
Konsorsiumun səhmdarları Eni , Royal Dutch Shell , Exxon Mobil, Total, “KazMunayQaz”, CNPC və Inpex şirkətləridir.