Bazar ertəsi, Noyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP və Azərbaycandakı tərəfdaşları təhsil sahəsində UNİCEF-lə əməkdaşlıqda

20/06/2014
8
BAXIŞ
Share on FacebookShare on Twitter

bp-unisefDünən Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından çıxış edən BP şirkəti və UNİCEF planlaşdırılan böyük təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətində olduqlarını təsdiqləmək üçün anlaşma memorandumu imzalayıb.

“Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub.

Bu Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını əhatə edir.

Layihənin dörd komponentdən ibarət olacağı planlaşdırılır: Ailə Təhsil Mərkəzləri (məktəbəqədər yaşlı uşaqların ilkin vərdiş və bacarıqlara yiyələnməsi üçün), hər kəs üçün bərabər təhsil imkanı (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbdə təhsil alma imkanı), təbii fəlakətlərə hazırlıq, gigiyena və sanitariya.

Bu layihənin yekunda təhsil sistemini təkmilləşdirərək təhsildəki nəticələri yüksəldən və təhsilin keyfiyyətini artıran nümunəvi modellər yaradacağı gözlənilir.

Anlaşma memorandumu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Hervord tərəfindən imzalandı. Bundan əlavə, UNİCEF hökuməti təmsil edən iki maraqlı tərəf – Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə layihənin hər bir iştirakçısının vəzifələrini təsvir edən fəaliyyət planları imzaladı.

Bakıda keçirilən Memorandumun imzalanması mərasimində çıxış edən cənab Birrell dedi: “Biz inanırıq ki, bu tərəfdaşlıq öz məqsədinə çatdığı təqdirdə, biz müvafiq regionlarda yeni və effektiv icma əsaslı məktəb modelinin yaradılmasına və beləliklə də, Azərbaycandakı gənclər üçün imkanların artırılmasına yardım etmiş olacağıq. Bizim üçün uğur bu yeni modellərin real həyatda özünü doğrultduğunu və bütün Azərbaycanda davamlı təməl üzərində tətbiq olunduğunu görmək olacaq.”

Cənab Hervord dedi: “UNİCEF inanır ki, uşaqların bəhrələnə biləcəyi nəticələrə nail olmaq və onların hüquqlarını reallaşdırmaq üçün tərəfdaşlıqlar son dərəcədə əhəmiyyətlidir. Biz Azərbaycandakı uşaqların təhsil almalarına yardım etmək üçün çox yaxşı məktəb modellərinin yaradılması istiqamətində hökumət və BP şirkəti ilə əməkdaşlıq etmək imkanı əldə etdiyimizə görə çox şadıq.”

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.