Şənbə, Noyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BCG: SOCAR Trading – neft bazarının yaxşı təşkilatlanmış və rəqiblərinin hörmətini qazanmış bir iştirakçısıdır

14/06/2014
9
BAXIŞ
Share on FacebookShare on Twitter

anar-aliyev_3A (1)“SOCAR Trading” şirkətinin (Azərbaycan Dövlət Neft Şirkətinin strukturu) yaradılması xam neft ixracının effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradıb. Bu barədə “Boston Consulting Group” (BCG) konsaltinq şirkətinin “SOCAR Trading”in 2008-2013-cü illərdəki fəaliyyətinə həsr olunmuş hesabatında deyilir.

Hesabatda deyilir ki, BCG-nin qiymətləndirmələrinə görə, “SOCAR Trading” yaradıldıqdan sonra neftin satış qiymətinin orta artımı 1 barel üçün təxminən 1,7 ABŞ dolları təşkil edib, bu da 2009-cu ildən etibarən 360 mln. dollardan artıq illik gəlirin formalaşmasına səbəb olub. Beləliklə, 2009-cu ildən başlayaraq “SOCAR Trading” şirkətinin fəaliyyəti dövlətə 1,8 mlrd. dollar həcmində əlavə gəlir gətirib.

Hesabatda qeyd edilir ki, “SOCAR Trading” şirkəti əvvəlki sistəmlərdən fərqli olaraq xam neftin realizə edilməsində bazarın qısamüddətli imkanlarına və ya axsamalarına adaptasiya oluna bilən daha fəal və çevik sistemdir.

Xüsusilə, qeyd olunur ki, ARDNŞ tərəfindən neft birbaşa istifadəçilərə çatdırılmasaydı, “SOCAR Trading” 2011-ci ildə Liviya böhranı zamanı əldə etdiyi əlavə gəlir böyük ehtimalla xarici treyderlərdə qala bilərdi.

BCG qeyd edir ki, əlavə gəlirin yaranması düzgün strategiyanın nəticəsi olub. Xüsusilə, başqa şirkətlərə məxsus xam neft həcmlərinin ticarəti ARDNŞ-yə neft bazarının və keyfiyyət baxımından “Azeri Light”a uyğun xam neftin istehsal-istehlak tarazılığını daha da yaxşı anlamasına kömək edib. Bundan əlavə, birbaşa marketləşmə “Azeri Light”ın alıcıları olan bir sıra emalçılara müvafiq olan və alternativ yüngül neftin mövcudluğunu və qiymətini başa düşərək neftin maksimal qiymətlə satışına imkan yaradır. Nəhayət, malları Asiya-Sakit okean regionuna göndərərək, “SOCAR Trading” Aralıq dənizi bazarından yüngül neftin artıq həcmlərini çıxarmaqla “Azeri Light”ın qiymətini qoruyub saxlayır.

Qeyd edək ki, vacib məqamlardan biri “SOCAR Trading” şirkəti tərəfindən aktiv menecment sisteminin yaradılması ilə Azərbaycan neftinin son istifadəçilərə çatdırılması imkanı olub. Bu, ilk növbədə bazar biliklərinə əsaslanaraq sərfəli alıcılarla münasibətlərin fəal inkişafında, həmçinin neftin satış müddətinin emalın tələblərinə uyğun olaraq optimal qiymətləndirilməsində öz əksini tapır. Nəticədə, tələbin və təklifin idarə olunması, o cümlədən, “Azeri Light”ın regionda yüksək keyfiyyətli neft mövqeyini tutması kimi vacib komponentlər təmin edilib.

BCG-nin hesabatında bildirilir ki, “SOCAR Trading”in fəaliyyəti oxşar şirkətlərlə müqayisədə daha effektiv təşkil olunub. Xüsusilə qeyd edilir ki, Liviya böhranı zamanı əlavə dəyər əldə olunub.

Biznesin təşkili kontekstində BCG vurğulayır ki, ARDNŞ əlavə imkanlar yaratmaq üçün ən effektiv üsulu seçib və təcrübəli treyderlərlə müştərək müəssisələrin yaradılması xüsusilə qeyd olunur.

Nəticədə, BCG-nın fikrincə, “SOCAR Trading” neft ticarəti bazarında hörmətli iştirakçıya çevrilib: “Bu gün “SOCAR Trading” neft ticarəti bazarında öz rəqiblərinin hörmətini qazanmış, ticarət biznesinin artırılması mövqeyini tutmuş və beləliklə, təsisçi şirkətin kommersiya fəaliyyətini gücləndirən çox yaxşı təşkil olunmuş iştirakçıdır”.

Xatırladaq ki, baş qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2007-ci ilin sonunda yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə “Lukoil” şirkətinin Cenevrədə treydinq şirkətini – LukoilTrading-i yaradıb.

Şirkət Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından ARDNŞ-nin ixrac etdiyi xam neftin əsas hissəsinin satışı ilə məşğuldur, digər ölkələrin neft və neft məhsullarının satışını həyata keçirir, eləcə də tabe olduğu şirkətin beynəlxalq sərməyə məsələlərinə yardım edir. “SOCAR Trading” şirkətinin fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, BƏƏ, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

 

 

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.