2014-cü ilin ilk beş ayı müddətində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində $6 milyard 598 milyon 800 min vəsait daxil olub. Bu haqda ARDNF-dan bildiriblər.
Qeyd edək ki, indiyə qədər, yəni 2001-ci ildən başlayaraq 2014-cü ilin 1 iyun tarixinə qədər ARDNF-in hesabına “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarından ümumilikdə $101 mlrd 630 milyon 800 min vəsait daxil olub.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb, lakin 2001-ci ilin iyununda fəaliyyətə başlayıb. Bu zaman onun aktivlərin $271 milyon idi.
1 aprel 2014-cü il tarixinə olan məlumata əsasən, ARDNF-nun aktivləri keçən ilin əvvəli ilə müqayisədə 2.07% artaraq $36 618,4 milyard təşkil edib.
AÇG-nin işlənməsi müqaviləsi 1994-cü ilin sentyabında imzalanıb. Blokun təsdiqlənmiş neft ehtiyatları 923 milyon tondur.
Müqavilədə iştirak aşağıdakı kimi bölünüb : BP (operator ) – 35,78 faiz, “Şevron” – 11,27 faiz, “Inpex” – 10,96 faiz, SOCAR – 11,65 faiz , “Statoil” – 8,56 faiz, “Exxon” – 8 faiz, TPAO – 6,75 faiz, “Itochu” – 4,3 faiz və ONGC – 2,72 faiz.