Yaponiyanın TOYO Enginering Corporation şirkəti Cənubi Koreya şirkətləri olan Hyundai Engineering Co, Hyundai Engineering & Construction Co., Ltd. и LG International Corporation ilə birlikdə “Türkmənqaz” dövlət konserni ilə müqavilə bağlayıblar.
Yapon şirkətinin məlumatına görə, müqavilə Türkmənistanda qaz kimya kompleksinin inşasını nəzərdə tutur. Müqavilənin ümumi dəyəri $3 milyard, yapon şirkəti olan müqavilə isə $800 milyon dollar dəyərindədir.
Bu TOYO şirkətinin Türkmənistanda ilk müqaviləsidir və 2018-ci ildə tamamlanması planlaşdırılır. Kompleks təbii qazdan etilen,polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək.
Qeyd edək ki, 22 aprel 2014-cü ildə Türkmənistanın Balkan vilayətində ümumi dəyəri $3 milyard olan polietilen və polipropilen istehsalı kompleksinin təməli qoyulmuşdu.Kompleksin istehsal gücü 386 min ton polietilen və 81 min ton polipropilendir.