Türkiyə KİV-i ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldıza istinadən məlumat yayıblar ki,Türkiyə Trans Adriatik qaz kəmərinin (TAP) inşasında iştirak etməyəcək.
T.Yıldız deyib ki,”Trans Anadolu qaz kəmərinin payımızı 20%-dən 30%-ə qədər artırmağa ümid edirik. Bu artım kapitalın strukturu və biznes baxımından daha uyğundur.Gələcəkdə TAP və TANAP layihəsi səhmdarları dəyişə bilər”.
Onun sözlərinə görə,hazırda dəyəri 10-12 milyard ollar olan TANAP kəmərinin inşasının daha dəqiq sərmayə həcmi müəyyənləşdirilir.
“TANAP kəməri ilə 2018-ci ildə qaz nəqlini təmin etmək üçün 2014-cü ildə biz planlaşdırma,layihələndirmə və tendir mərhələrini başa çatdırmalıyıq” – deyə T.Yıldız vurğulayıb.