Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov Düşənbədə səfəri zamanı tacik həmkarı Emomali Rəhmənov ilə görüşdən sonra bildirib ki, Tacikistan vasitəsilə Türkmənistandan Çinə yeni qaz kəmərinin inşası tezliklə başlayacaq.
Martın ortalarında xəbər verilmişdi ki, CNPC korporasiyası və “Taciktransqaz” Türkmənistan–Çin boru kəmərinin 4-cü xəttinin çəkilməsi ilə bağlı saziş imzalayıblar. Əvvəlki 3 boru xətti Özbəkistan və Qazaxıstan ərazilərindən keçir.
Türkmən qazının Çinə ixracı 2009-cu ildə başlayıb. 2013-cü ilin noyabrına olan məıumat əsasən iki kəmər ilə Çinə 69 milyard kub metr qaz ixarc edilib.