Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən, Sumqayıt şəhərində azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar “layihənin idarə edilməsi və müstəqil təftiş xidmətləri”nin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilən açıq tenderin müddəti Tender Komissiyasının qərarı ilə 30 may 2014-cü ilədək uzadılmıb.
Tender müddətinin uzadılmasına səbəb, əksər potensial iddiaçı şirkətlər tərəfindən daha rəqabətcil təkliflər təqdim edilməsi üçün əlavə zamana ehtiyac olması ilə əlaqədar rəsmi müraciətlər olmuşdur.
Bu haqda SOCAR rəsmən məlumat yayıb.