CPC şirkətindən verilən məlumata görə, 2014-cü ilin aprel ayında Xəzər Boru Kəməri konsorsiumunun terminalı vasitəsilə ixrac edilən neftin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 31% artaraq 3.477 milyon ton təşkil edib.
2014-cü ilin yanvar-aprelində konsorsiumun terminalı vasitəsilə neft ixracı əvvəlki illə
müqayisədə 24.9% artaraq 12.926 milyon ton olub.
CPC- Qazaxıstanı Novorossisk limanı ilə birləşdirən boru kəməri sistemidir. Buradan əsasən Tengiz yatağından hasil edilən neft ixrac edilir.