2014-cü ilin yanvar-martında Şevron şirkətinin xalis mənfəəti 4.152 milyard dollar təşkil edib. Bir adi shəmə düşən gəlir isə 2.36 ABŞ dolları olub.
Beləliklə, şirkətin mənfəəti aşağı hasilat həcmi və düşən qiymətlər səbəbindən 27% azalıb.
2014-cü ilin yanvar-martında şirkətin əməliyyat fəaliyyətindən gəliri 50.978 milyard dollar təşkil edib.
Şirkətin ümumi gəliri isə 53.265 milyard dollar təşkil edib.
Ekspertlər şirkətin gəlirini orta hesabla 54.47 milyard,hər bir səhmə isə 2.53 dollar səviyyəsində gözləyirdilər.
2014-cü ilin yanvar-martında Şevron şirkətinin gündəlik neft hasilatı 2.3% azalaraq 2.59 milyon barel təşkil edib.