Statistika agentliyinin verdiyi məlumata görə, 2014-cü ilin yanvar-martında Qazaxıstanın neft və qaz kondensat ixracı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 22% artaraq 20.4 milyon ton təşkil edib.
Pul ilə ifadə edildikdə, 2013-cü ilin eyni dövrü ilə müqayisədə neft və qaz kondensat ixracı 20.7% artaraq 16.690 milyard dollar təşkil edib.
Hesabat dövründə respublika 637,6 milyon dollar məbləğində 1,072 milyon ton neft məhsulları ixrac edib. Eyni zamanda 340.6 milyon dollar məbləğində 541 min ton neft məhsulları idxal edilib.
Agentiyin məlumatına görə, hesabat dövründə 5.167 milyard kub metr qaz ixrac edilib. Öz növbəsində 2014-cü ilin yanvar-martında Qazaxıstan 1.614 milyard kub metr qaz idxal edib.