May ayının 1-nə olan məlumata görə, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 milyon 688 min 805 olub.
“Azəriqaz” bildirib ki, qaz abonentlərinin 714 min 611-i Bakı və Abşeron yarımadasında, 974 min 164-ü isə regionlarda cəmləşib.
Abonentlərin əsas hissəsi (90%-dən yuxarı) əhali qrupuna aiddir və onlar faktiki olaraq 100% sayğacla təmin ediliblər.