Şənbə, Aprel 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“ABŞ-Azərbaycan: gələcəyə baxış” forumunda insan kapitalının inkişafı məsələləri müzakirə edilib

04/05/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

dc3Aprelin 30-da Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu çərçivəsində “Ölkənin insan kapitalının inkişafı” mövzusunda müzakirələr keçirilmişdir.

SOCAR mətbuat xidmətinin yayadığı məlumata görə, müzakirələrdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, İndiana ştatından keçmiş konqresmen Den Berton, Corctaun Universitetinin professoru Brenda Şaffer, Tafts Universiteti nəzdində Fletçer məktəbinin diplomatiya professoru Endrü Hess və SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev iştirak etmişlər.

Səfir Elin Süleymanov insan kapitalından danışaraq qeyd etmişdir ki, “hansı resursların olması əsas deyil, bu resurslardan necə istifadə olunması əhəmiyyətlidir”. Səfir ölkənin insan resurslarının inkişafında Azərbaycan rəhbərliyinin rolunu vurğulamışdır. Sonra Süsən Sadıqova çıxış edərək, forum iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən yeni tipli ali təhsil müəssisələri, Azərbaycan Diplomatik Akademiyası, SOCAR-ın Bakı Ali Neft Məktəbi barədə məlumat vermişdir. O bildirmişdir ki, bu təhsil ocaqlarının məzunları Azərbaycanın gələcəyini quracaq və regional layihələrin həyata keçirilməsində iştirak edəcəklər. O, idman komplekslərinin inşası, klubların yaradılması, idmançıların təlim və məşqlərinə sərmayə yatırılması kimi gənclər layihələrindən də söz açmışdır.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalardan danışaraq, Azərbaycan rəhbərliyinin ölkənin insan kapitalının inkişafına ayırdığı diqqətin nəticələrini nümayiş etdirən statistik məlumatları təqdim etmişdir.dc4

Azərbaycanın sosial və iqtisadi inkişafından söz açan keçmiş konqresmen Den Berton Prezident İlham Əliyevi və qanunverici hakimiyyəti sosial inkişaf sahəsindəki nailiyyətlər münasibəti ilə təbrik etmişdir. Sonra Corctaun Universitetinin professoru Brenda Şaffer və Taft Universitetinin professoru Endrü Hess çıxış etmişlər. B.Şaffer “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası və Azərbaycanda dini azadlığın sosial atributları, E.Hess Azərbaycana xas olan çoxkonfessiyalılıq və multikultralizm barədə auditoriyaya məlumat vermişlər.

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev Azərbaycanda insan kapitalına sərmayə yatırılmasının əhəmiyyətindən söz açmışdır. Maykl Rubin isə sosial cəmiyyətin inkişafında Azərbaycanın uğurlarını qeyd etmişdir.

“Dialoqun möhkəmləndirilməsi və tolerantlığa yardım” mövzusunda keçirilən iclasda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Sovet Yəhudiləri Milli Konfransının icraçı direktoru Mark Levin, “Tool Shed Group”un direktoru Ceyson Kats, Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel, Milli Məclisin deputatı Asim Mollazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete çıxış etmişlər.

Müzakirələr zamanı ölkəmizdəki tolerantlıq mühitindən, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin dinc yanaşı yaşamasından danışılmışdır. İclasdan sonra keçirilən qəbulda Oklahoma Milli Qvardiyasından general Mayls Dierinq, Kaliforniyadan konqresmen Xaviyer Beserra, Texas ştatından Filemon Vela nitq söyləmişlər. M.Dierinq ABŞ-ın Azərbaycan kimi dostu olmasından qürur hissi duyduğunu bəyan etmiş, X.Beserra inkişaf etməkdə olan ABŞ-Azərbaycan əlaqələrindən danışmışdır. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polesi uğurlu əməkdaşlıq münasibəti ilə ABŞ və Azərbaycanı təbrik etmiş, ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsini arzulamışdır.

Qeyd edək ki, Vaşinqtonda məşhur “Willard Intercontinental Hotel”də keçirilən III “ABŞ-Azərbaycan: gələcəyə baxış” forumu SOCAR-ın dəstəyi ilə Azərbaycanın Dostları Assambleyası tərəfindən təşkil edilmişdir.

 

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.