Rusiya Federal Gömrük Xidmətindən verilən məlumata görə, 2014-cü ilin yanvar-martında Rusiyanın neft məhsulları ixracından gəliri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12.4% artaraq 27.145 milyard dollar təşkil edib.
Neft məhsulları ixracının fiziki həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 16.7% artaraq 37.025 milyon ton olub. Bununla belə uzaq xaricə 2014-cü ilin 3 ayında 33.012 milyon ton neft məhsullu tədarük edilib. MDB ölkələrinə isə 4.013 milyon ton neft məhsulu tədarük edilib.