Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi

13/05/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

ev3Mayın 13-də SOCAR prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu, A.İsmayılov küçəsindəki 1152-ci məhəllədə tikilmiş 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunma mərasimində iştirak etmişlər.

Məlumat verilmişdir ki, SOCAR bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir və bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılmışdır.

2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi SOCAR tərəfindən mənzillə təmin olunmuşdur. Bu gün SOCAR üzrə 4454 nəfər işçi mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır. Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

Vurğulanmışdır ki, bu gün istifadəyə verilən 8 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansarddan və 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilmişdir. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binanın həyətində istirahət guşəsi yaradılmış, ətraf abadlaşdırılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tərəqqi və inkişaf strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləyən SOCAR prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, Şirkətin idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm sosial proqramlar həyata keçirilir.

Belə ki, 2012-ci ildən SOCAR əməkdaşlarının tibbi sığortasına başlanılmış, 2013-cü ildən etibarən isə neft sənayesi veteranları və təqaüdçülər sığorta olunmuşlar. Proqram çərçivəsində şirkət əməkdaşlarının ailə üzvlərinə də güzəştlər tətbiq edilir. Ehtiyacı olan əməkdaşlara Şirkət tərəfindən maddi yardımlar göstərilir. 2010-2013-cü illər ərzində neftçilərə 5 milyon manatdan artıq həcmdə maddi yardım edilmişdir. Hər il neftçilər və onların ailə üzvlərinin müxtəlif istirahət mərkəzlərində yay istirahəti güzəştli şərtlərlə həyata keçirilir. Təkcə 2013-cü ildə 12 mindən artıq neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunmuşdur. Eyni zamanda ehtiyacı olan 1200 nəfər də sanitar-kurort müalicə mərkəzlərinə göndərilmişdir. SOCAR prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Daha sonra Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim etmiş, onlara yeni mənzillərində firavan həyat arzulamışdır. ev2

ev1

 

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.