“Ukrtransqaz” şirktətindən verilən məlumata görə,ilin birinci rübündə Ukraynaya qaz idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 14%,Ukraynanın qaz nəql etmə sistemi ilə Avropaya qaz tədarükü isə 9.1% azalıb.
“2014-cü ilin yanvar-martında QNS-nə 6.1 milyard kub metr qaz daxil olub ki,bu da 2013-cü ilki göstəricidən 14% azdır.Keçən il bu göstərici 7.07 milyard kub metr təşkil edib” – şirkətin məlumatında bildirilir.
Mart ayında 1.9 milyard kub metr qaz idxal edilib ki,bu da 2013-cü ilin göstəricisindən 15% və ya 350 milyon kub metr az idxal edilib.
Qərbi Avropa ölkələrinə ilin birinci rübündə 17.68 milyard kub metr mavi yanacaq nəql edilib ki,bu 2013-cü ildəki həcmindən 9.1% azdır.