Qurbanqulu Berdumuhammedov tərəfindən imzalnmış sərancama görə Qeldi Sarıyev Türkmənistanın yeni energetika naziri təyin edilib.
Adıçəkilən nazirlik Türkmənistanın enerji sektoruna nəzarət edir.
Türkmənistan 2020-ci ilə elektrik enerjisi istehsalını 27.4 milyard kilovat/saata, 2030-cü ildə isə 35.5 milyard kilovat/saata çatdırmağı planlaşdırır.
Hal-hazırda Türkmənistan Əfqanıstan, İran və Türkiyəyə elektrik enerjisi ixracını artırmağı düşünür.
Elektroenergetika sənayesinin 2020-ci ilə qədər inkişafı konsepsiyasına əsasən, ölkənin enerji sektorununa 5 milyard ABŞ dolları sərmayə qoyulacaq.
Hazırda Türkmənistanın energetika sistemində 10 elektrik stansiyası fəaliyyət göstərir.