Cənubi Koreya və Yaponiyadan olan şirkətlər konsorsiumu Xəzərin türkmən sahillərində dəyəri 3.432 milyard dollar olan qaz kimya kompleksinin inşasına başlayıblar.
Kompleksin inşası “Türkmənqaz” dövlət konserni ilə Cənubi Koreyanın LG International Corp və Hundai Engineering Corp. Ltd,həmçinin Yaponiyanın TOYO Engineering Corp şirkətləri arasında imzalanmış 3 tərəfli müqavilə əsasında aparılır. Kompleksdə təbii qazdan ildə 386 min ton polietilen və 81 min ton polipropilen istehsal ediləcək. Istehsal edilən məhsullar əsasən ixrac ediləcək.
Tikintinin müddəti 47 aydır. Kompleksin inşasına üçün maliyyə vəsaiti proporsional qaydada ayrılıb: 85% konsorsium, 15% isə türkmən tərəfi. Kredit Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən verilib.