Total şirkətinin hasilat və kəşfiyyat üzrə vitse prezidenti İv-Lui-Darikarer bildirib ki, Kaşağan yatağında hasilatın tam bərpası 2015-ci ilin sonuna gözlənilir.
“İndi əsas məsələ hasilatın tezliklə bərpasıdır. Hal-hazırda dağılmanın səbəblərinin öyrənilməsi başa çatmaq üzrədir”, – deyə Totalın nümayəndəsi bildirib.
Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Erbolat Dosayev etriraf etmişdi ki, 2014-cü ildə Kaşağan kommersiya hasilatı səviyyəsinə çıxa biləməyəck.
Layihədə “Kazmunayqaz”, Eni, ExxonMobil, Royal Dutch Shell, Total və Inpex iştirak edir. Bundan əlavə, layihədə 8.33% payı Çinin CNPC şirkəti KMG -dən alıb.