Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Rumıniyaya səfəri çərçivəsində Bakau şəhərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
SOCAR-nin rəsmi məlumatına görə, geniş əraziyə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
Məntəqədə quraşdırılmış 2 sayğac eyni zamanda 4 kiçik avtonəqliyyat vasitəsinin yanacaqla təmin edilməsinə şərait yaradır.
YDM ərazisində fəaliyyət göstərən “Nar” kafedə müştərilərə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təklif olunur.
Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın Botoşan, Suçeava, Nyamtç, Yasi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Kluj dairələrində yanacaq doldurma məntəqələrinə malikdir. Yeni açılmış YDM Bakau şəhərində SOCAR brendi ilə fəaliyyət göstərəcək sayca 2-ci belə obyektdir.