Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Şahdəniz-2” layihəsi çərçivəsində $1,8 mlrd-lıq müqavilə imzaladi

29/04/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Shah_Deniz_Stage_2Şahdəniz konsorsiumu bu gün elan edir ki, Şahdəniz yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu ilə dənizdə daşıma və quraşdırma işlərinə dair iri müqavilə imzalanıb.

Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 milyard dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin  göstəricisidir.

Bu müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini və üç quraşdırma gəmisinin – “İsrafil Hüseynov” borudüzmə və “Tofiq İsmayılov” dalğıc gəmilərinin, həmçinin “Azərbaycan” kran barjının modernləşdirilməsini də əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti cənab Qordon Birrell bumünasibətlə bildirb: “Bu, böyük bir müqavilədir və bu tarixi layihə üçün əlamətdar bir hadisədir. Bu müqavilə yekun investisiya qərarından bu vaxtadək bağlanmış 13-cü iri müqavilədir. Ümumilikdə bu vaxtadək bağlanmış dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi  Azərbaycanın daxilində həyata keçiriləcək.

Biz məmnunuq ki, Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində yaxşı irəliləyiş var.  Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlər başlanıb. Bütün bu böyük səylər və fəaliyyətlər bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır.”

Qeyd edək ki, bundan əvvəl Şahdəniz konsorsiumu 23 aprel tarixində Bakı Gəmiqayırma Zavodu ilə bir sualtı tikinti gəmisinin (STG) layihələndirilməsinə və inşasına dair 378 milyon dollar dəyərində müqavilə imzalamışdı. STG Xəzər dənizində yeni modernl bir gəmi olacaq və 2017–27-ci illər arasında 11 il ərzində Şahdəniz Mərhələ 2 layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

Gəminin 2,5 metr hündürlüyündəki böyük dalğalarda fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 750 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparat, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə mühərriklə təchiz olunmuş iki mühərrik bölməsi olacaq və onun 6,5 metr suya oturumunda dedveyt çəkisi 5000 metrik ton təşkil edəcək. Sualtı tikinti gəmisi “Keppel Offshore & Marine” (Keppel O&M) şirkətinin gəmi layihələndirmə və inşa etmə bölməsi olan “Marine Technology Development” tərəfindən layihələndiriləcək.

Bu gəmi 2017-ci ilin aprel ayında təhvil veriləcək. Bakı Gəmiqayırma Zavodu SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və “Keppel O&M” şirkətindən ibarət birgə müəssisədir.

 

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.