Qazprom şirkətindən verilən xəbərə görə,holdinqin direktorlar şurası 22 apreldə “ÇentrKaspneftegaz” MMC-lə olan sövdələşməni təsdiq edə bilər.
İTAR-TASS-ın məlumatıan görə,sövdələşmə “Mərkəzi” yatağının maliyyələşdirilməsi və geoloji kəşfiyyatına aid ola bilər.
Təbii sərvətlər naziri İgor Donskoy bildirib ki,Qazprom” və “Lukoil” 2014-ci ildə Mərkəzi yatağı üçün lisenziya ala bilər. Həmçinin Donskoy bildirib ki,”Qazprom” və “KazMunaygaz” yatağın maliyyələşdirilməsi məsələsini müzakirə edir.
Lisenziya alındıqdan sonar yataqda əlavə kəşfiyyat aparılacaq,yatağın potensialı tam müəyyənləşdiriləcək və bundan sonra Hasilatın Pay Bölgüsü Sazişinin ( HPBS) hazırlanmasına başlanacaq.
*”Mərkəzi” strukturu Xəzər dənizinin Rusiya sektrorunda,Mahaçkaladan 180 km şərqdə yerləşir. 2008-ci ilin mayında strukturda 169.1 milyon ton şərti yanacaq ehtiyatı olan neftqazkondensat yatağı aşkarlanmışdı.