Qazaxıstanın sənaye və yeni texnologiyalar naziri Aset İsekeşev bildirib ki, ölkdə neft-qaz maşınqayırmasının inkişaf etdirilməsi qarşılıqlı faydalıdır.
Maşınqayırma birliyinin üzvləri ilə keçrilən görüşdə problemin həlli yollu kimi ölkədə həyata keçrilən neft-qaz layihələrində birgə maşınqayırma müəssələrinin yaradılması olub.
Görüşə 40-dan artıq yerli və xarici şirkətlərin, neft-qaz şirkətləri üçün mal və xidmət tədarükçülərinin nümayəndələri dəvət edilmişdi.
Ölkədə 4 ildir həyata keçrilən məcburi sənaye-innovasiya inkişafı proqramı çərçivəsində monitorinq sub yektləri tərəfindən ümumi dəyəri 31.2 trilyon tenqe olan mal və xidmətlər alınıb ki,bunun da 56.5% və ya 17.6 trilyon tenqesi yerli mal və xidmətlər təşkil edib.
2013-cü ildə 2010-cu illə müqayisədə yerli mal və xidmətlərin payı 15% artaraq ümumi satınalmaların 63.1% təşkil edib.