İranın neft terminalları şirkətinin direktoru Seyyed Piruz Musəvi bildirib ki, Fars körfəzində gücü 600 min barel olan qaz kondensatının boşaldılması üçün üzən terminal istifadəyə verilib.
Seyyed Piruz Musəvi qeyd edib ki, adıçəkilən üzən terminal avadanlıqların əsaslı təmirindən sonra istismara verilib. Əvvəlcə terminalın bütün elementləri Asaluye limanına gətirilib, təmirdən sonra isə üzən terminal öz yerinə quraşdırılıb.
Yeni üzən terminalın istifadəyə verilməsilə kondensatın tankerlərə yüklənməsi vaxtı əhəmiyyətli dərəcədə azalacaq.
Seyyed Piruz Musəvi deyib ki, terminalda 320 min ton yük götürmə gücü olan tankerlər yüklənir.