“Xəzər” neft şirkətinin direktoru Əli Usuli bildirib ki, Türkmənistan ilə sərhəddə Qolestan rayonunda iki ölçülü seysmik kəşfiyyatın başa çatıb və alınan məlumatların təhlilindən sonra ilin sonunda həmin rayonda qazma əməliyyatlarına başlanacaq.
Hazırda məlumatların təhlilinin getdiyinə diqqət çəkən Usuli bildirib ki,araşdırma başa çatmayana qədər həmin rayonda karbohidrogen ehtiyatlarının mövcüdluğu barədə əminliklə danışmaq olmaz,lakin mövcüd məlumatlar qaz yataqlarının olmasına işarə edə bilər.
Onun sözlərinə görə,”Xəzər” neft şirkəti Mazandaran,Gilan və Qolestan rayonlarında geoloji kəşfiyyat və seysmik tədqiqatların aparılması üçün yeni layihələr təqdim edib. İran milli neft şirkətinin direktorları şurası tərəfindən layihələrin təsdiqi və maliyyələşdirməsi təqdirində bu üç Xəzəryanı bölgədə irimiqyaslı tədqiqatlar başlayacaq.