İranın neft nazirinin beynəlxalq əlaqələr üzrə müavini Əli Majedi bildirib ki, İran qazının Türkiyəyə tədarükünün artırılması və qiymətin tənzimlənməsi ilə bağlı danışıqlar davam etdirilir.
İran istəyir ki, onun Türkiyə qaz bazarında payı Rusiya ilə bərabər olsun. Türkiyə isə öz növbəsində bəyan edir ki, İran qazının qiymətinin Rusiya qazı ilə qiyməti eyni olmalıdır. HazırdaTürkiyə Rusiyadan 2.5-3 dəfə daha çox qaz alır.
Ali Majedinin sözlərinə görə, məsələ belə qoyulur ki, əgər Türkiyə İrandan Rusiyadan idxal etdiyi qədər qaz tədarük etsə, onda İran tərəfi qazın qiymətinin endirilməsində gözəştə gedə bilər.