İranın neft naziri Bidjan Namdan Zanqane bildirib ki, ölkəsi tezliklə neft hasilatını gündə 2.8 milyon bareldən 4.2 milyon barelə qədər artırmağı planlaşdırır.
İRNA agentliyinə müsahibəsində nazir bildirib ki,”İran ABŞ-ın icazəsini gözləməyəcək və onlar tərəfindən tətbiq edilmiş sanksiyalar neft hasilatının artırılması üçün maneə deyil”.
Zanqane neft sanksiyaların qaldırılması perspektivləri barədə ehtiyatlı nikbinlik ifadə edib və bildirib ki,”hətta onlar qalsa belə biz bu vəziyyəti əsasında işləməyə davam edəcəyik”.