Bazar, May 25, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: “Əslində xaricdən gətirilən benzin Gəncədə Bakıdakından ucuz olmalıydı”

06/04/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

ilham95Azərbaycanda «Premium Euro -95» markalı benzin satışa çıxarılıb. Eyni zamanda AI-95 markalı benzinlə müqayisədə onun qiymətində 13 qəpik artım var – «Premium Euro -95» 93 qəpikdən satılır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham ŞabanAzadlıqRadiosuna benzin bazarında baş verənləri şərh edir.

– İlham bəy, aprelin 4-də AI-95 markalı benzinin qiyməti 13 qəpik artıb. Sosial şəbəkələrdə «benzin qalxıb, millət yatıb», «mən maşınımı dəyişəcəyəm» və s. bu kimi reaksiyalar olub. Gözlənilən idimi bu artım?

 

– Bunun obyektiv səbəbləri var və qiymət artımı gözlənilən idi. Hələ iki ay əvvəl Dövlət Neft Şirkəti Azərbaycan hökuməti qarşında məsələ qaldırmışdı ki, yüksəkoktanlı (AI-95) benzinin istehsalını dayandırır. Azərbaycanda iki neftayırma zavodu olsa da, yalnız birində – Heydər Əliyev adına zavodda benzin istehsal olunur. Bu zavoddakı texnoloji xətlər yüksəkoktanlı avtomobil benzini istehsal etməyə imkan vermir. Orda istehsal olunan AI-95 əslində AI-92 markalı benzinə aşqarlar qatılmaqla əldə olunurdu. Bu, oktan dərəcəsi müəyyən müddət üçün artırılmış benzin idi. Yəni, bu, Avropada gördüyümüz AI-95 deyildi. Neft şirkəti daxili bazarın tələbatını ödəmək üçün bütün imkanlarını AI-92-nin istehsalına yönəldib… Bu baxımdan martın 31-də Nazirlər Kabineti qərara alıb ki, AI-95 və AI-98 benzinlərinin qiymətini dövlət tənzimləməsin. Beləliklə də həmin markalı benzinlərin qiymətləri sərbəstləşdirilib. İndi AI-95-in qiyməti 91 qəpiyə də düşə bilər, 95 qəpik də ola bilər. Hazırda 93 qəpiyə satılan benzin Rumıniyadan gətirilir. Rusiyadan da, Türkmənistandan da, daha başqa yerlərdən də gətirilə bilər. Bu baxımdan qiymətlər daim dəyişəcək. Xaricdən yanacağı gətirənlər Azərbaycan bazarına nə təklif edəcəksə, qiymət də elə olacaq.

 

– Onda belə çıxır ki, indiyə qədər Azərbaycanda satılan «AI-95» markalı benzin saxta olub?

 

– Yox, buna saxta deməzdim. Əslində Dövlət Neft Şirkəti bunu ictimaiyyətə açıqlayıb. Bu marka benzin kimyəvi qarışıqlar əlavə edilməsi yolu ilə alınırdı. Çünki Azərbaycanda benzin istehsal edən zavodlar texnoloji baxımdan bunu hazırlamaq gücündə deyil. Onu da deyim ki, Rusiyanı çıxmaq şərti ilə Türkmənistandan başqa Xəzəryanı ölkələrin heç birində müasir neft emalı zavodu yoxdur. Qazaxıstanda «Avro-4» standartı olan benzin istehsal edəcək zavod 2016-17-ci ildə hazır olacaq. İranda bu məsələdən, ümumiyyətlə, söhbət getmir. Azərbaycanda isə belə zavodun 2020-ci ildən sonra işə düşəcəyi gözlənir.
– Demək qiymət dəyişmələri yenə olacaq və 93 qəpik son qiymət deyil?

 

– Yox, başqa ölkələrdə yanacaqdoldurma məntəqələrində müxtəlif qiymətlərlə üzləşirik. Yavaş-yavaş bunu Azərbaycanda da görməyə başlayacağıq.
– Qiymətlər nə qədər bahalaşa bilər?

 

– Biz qiymətlərin qalxmasından danışırıq, amma heç kim ucuzlaşmadan danışmır. Bu, Azərbaycan bazarında ilk psixoloji məqam idi. İndi AI-95 benzininin Rumıniyadan dəmiryolu ilə gətirildiyi deyilir. Doğurdan da belədirsə, onda benzinin qiyməti Böyük Kəsikdə və Gəncədə Bakıdakından ucuz olmalıdır. Gələcəkdə Rusiyadan gətiriləcəksə, qiymət Şimal bölgəsində paytaxtdakından ucuz olmalıdır. Axı məsafə məsələsi var. Türkmənistandan gəlsə, onda benzin Bakıda regionlardan ucuz olmalıdır.

 

– Azərbaycanda belə bir şey mümkündürmü? Buna imkan veriləcəkmi?

 

– Ölkənin hər yerində qiymətlər eyni olacaqsa, onda buna «inhisar» və ya «kartel sazişi» adını vermək olar. Hökumət deyirsə ki, artıq benzinin bu növünü tənzimlənən qiymətlər siyahısından çıxarıb, məsafənin uzunluğundan, müxtəlif bazarlardan alınmasından asılı olaraq və həmçinin müxtəlif treyderlərin daxili bazara neft məhsulu təklifini nəzərə alsaq, onda qiymətlər də fərqli olmalıdır. Bundan başqa, yanacaqdoldurma məntəqələri parəkəndə satışda, heç olmasa, 1 qəpik fərqlə belə öz aralarında rəqabət aparmalıdırlar. Əks təqdirdə bunun nəyi sərbəstləşmiş qiymət oldu?
– Bəs AI-95 markalı benzinə Azərbaycanda tələbat nə qədərdir? İldə bu benzindən nə qədər idxal oluna bilər?

 

– AI-98-ə tələbat isə hədsiz aşağıdır, demək olar ki, yoxdur. Statistika və Gömrük komitələrinin rəsmi məlumatlarına görə, 2013-cü ildə Azərbaycana cəmi 180 ton AI-98 markalı benzin gətirilib. AI-95-ə tələbat isə ildə 60-65 min tondur. Ümumi ölkə üzrə götürsək, AI-92-yə 70 faiz, dizelə 25 faiz, AI-95-ə isə 5 faiz tələbat var. Daxili bazarda ümumilikdə 1 milyon 300 min ton benzin satılır.
– Bəz indi xaricdən AI-95 markalı benzini kim gətirir?

 

– Bildiyim odur ki, bunu Dövlət Neft Şirkəti gətirmir.

 

– «Azpetrol» şirkəti ola bilərmi?

 

– Ola bilər, çünki onların bu işi görmək üçün «Aztrans» şirkəti var. Mənə maraqlı olan odur ki, heç olmasa, Azərbaycan reallığında hansısa sahədə doğrudan da bazar elementi olaydı. Yəni, Bakıdan müxtəlif istiqamətlərə gedəndə yanacaqdoldurma məntəqələrində qiymətin dəyişməsini müşahidə edəydik.
– Bəs Rumıniyadan benzin neçəyə alınır, bu, sizə məlumdurmu?

– Gürcüstan bazarında AI-95 1 manat 8 qəpikdir. Gürcüstandan keçib Azərbaycana gəlir, əslində, bizdə baha olmalıdır, amma Azərbaycanda benzin idxalına gömrük rüsumları 15 faizdən 0-a, aksiz dərəcələri isə 1 ton üçün 250 dollardan 100-150 dollara endirilib. Yəqin, bu, ilkin dövr üçün belə olacaq. Bu o demək deyil ki, Azərbaycan baha alıb ucuz satır, sadəcə, faiz dərəcələrindəki endirim hesabına belədir. Avropada yanacaqdoldurma məntəqələrində AI-95-in 1 litri 1.20-1.30 arasındadır. Avropada bunun çox hissəsi dövlətə vergi kimi ödənilir. Azərbaycana gəldikdə isə, birincisi, bu benzin Avropadakı neftayırma zavodlarından topdansatış qiymətə alınır. İkinci isə Azərbaycan vergi hissəsini az götürür. Bundan başqa, Azərbaycan Qazaxıstan və Türkmənistanın neft məhsullarını Batumi limanına daşıyır və bu zaman geri qayıtmalı olan boş vaqonlara Rumıniya benzini doldurulur. Bu da qiymətə təsir edən amildir. Azərbaycan əlavə xərc çəkmir, geri qayıdan qatar yüklə qayıdır.
– AI-95-in bahalaşması Azərbaycanda əhalinin nisbətən ucuz AI-92-yə keçməsi ilə nəticələnə bilərmi?
– Bu olsa, ancaq adamların savadsızlığından ola bilər. Bizdə AI-98 işlədən də gedib qiymət fərqinə görə AI-92 vuracaq… Nəticədə bir müddətdən sonra avtomobillərinin nəinki yanacaq sistemi sıradan çıxacaq, o cümlədən mühərrikində belə problemlər yaranacaq. Mən Rusiya saytlarında oxuyuram, orda da belə bir meyl olub vaxtilə, nəticədə adamlar xeyli maddi ziyanla qarşılaşıblar.

 

Azadlıq radiosu

Eyni kateqoriyadan Digər materiallar

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb
Azərbaycan

Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

21/05/2025
ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Azərbaycan

Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

21/05/2025
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.