Bazar ertəsi, Aprel 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: AB Azərbaycana qaz bazarının “supermarketini” təklif edir, ancaq bunun fəsadlarını söyləmir

09/04/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

az-eu2Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban AzadlıqRadiosuna Avropa Birliyinin sədri José Manuel Barroso-nun «Cənub axını»nın əvəzinə Azərbaycandan çəkiləcək qaz kəməri layihəsinə üstünlük verilə biləcəyi ilə bağlı bəyanatını şərh edir:
– Avropa Birliyinin sədri José Manuel Barroso deyir ki, Bakı Moskvanın təzyiqlərinə duruş gətirə bilsə, Avropa Birliyi «Cənub axını»nı Azərbaycandan gələn qaz nəqli ilə dəyişdirə bilər. Bu mümkündürmü?

 

– Barroso siyasi fiqur olduğu üçün onun verdiyi bu bəyanat da siyasidir. Onun bəyanatından həm də açıq şəkildə belə aydın olur ki, hazırda Azərbaycan Rusiyanın təzyiqləri qarşısındadır. Bu o deməkdir ki, Avropaya qazı artırmağın əvəzində Rusiya ilə üz-üzə gəlir.

Bunun da kökündə Avropanın enerji təhlükəsizliyinin təmini məsələsi durur. Söhbət ondan gedir ki, Azərbaycan Avropa ilə qaz alqı-satqısına dair kommersiya sazişini 2013-cü il sentyabrın 19-da imzalayıb. «Şahdəniz» layihəsinin ikinci mərhələsinin sanksiyalaşdırılması dekabrın ortalarında həyata keçirilib. Avropa təzyiqlər qarşısında olan Azərbaycanla bağlı bundan sonra hər hansı qabaqlayıcı tədbir görməyibsə, bu, Azərbaycanın günahı deyil.

Azərbaycan 10 milyard kubmetrlik qaz üçün bu layihəni gerçəkləşdirib. Bilə-bilə ki, bu, ancaq 10 milyard üçündür, siyasi bəyanatlar verib. Demək ki, «Cənub axını» lazımlı prioritet deyil, ortada Azərbaycan qazı var, bu Avropaya 63 milyard kubmetr qaz ötürmək üçün çəkilən «Cənub axını» dəhlizinin sahibi olan Rusiyanı qıcıqlandıra bilər. Bununla Avropaya ötürülməli olan 10 milyard kubmetrlik qazla bağlı problem yarana bilər. Gərək bu məsələləri reallıqda ölçüb-biçəndən sonra dilə gətirəsən. Əgər bu gün Avropanın heç bir güc strukturu yoxdursa, Rusiya qazının əvəzinə Xəzərdən  alternativ mənbələrdən stabil və təhlükəsiz şəraitdə qaz təminatını həll edə bilmirsə, niyə belə bir vəziyyətdə Rusiyanı Azərbaycanın üstünə salır? Hətta hesab edirəm ki, bu bəyanat «Şahdəniz -2» layihəsi ilə bağlı investorları ürküdə bilər. Rusiya «Cənub axını»nı 2012-ci ildən reallaşdırmağa başlayıb, biz isə hələ yox.
– Onda Barroso-nun bəyanatı nəyə söykənir?

– Nə olsun ki, deyir? Bir var demək, bir də var reallaşdırmaq. Barroso gəlib o layihəni reallaşdırırmı? 10 ildir «Nabucco» ilə bağlı deyirlər, həyata keçirə bildilərmi? Heç bir şey olmadı axı. Ukrayna ilə bağlı az qala əlli bəyanat verirlər, ancaq Ukraynanı hissə-hissə parçalayırlar, arxasında duran varmı?
– Demək bu açıqlama Azərbaycanın ziyanına ola bilər?

 

– Azərbaycanın tutduğu yol odur ki, Avropa bazarında kiçik həcmlərdən başlayıb özünün bazarda «kiçik piştaxta»sını yaratsın. Bunlar isə Azərbaycana indidən supermarket vəd edirlər. Hansı ki, həmin bazarda 40 ildir Rusiya oturub. Bizim nə onun (Rusiyanın – Caspian Barrel) verdiyi həcmdə qazımız var, nə infrastruktur var, nə də həmin supermarketdə divlərlə ticarət yapmaq gücündəyik. Bunun məsuliyyətini Brüsseldə heç kim anlamaq istəmir. Ancaq siyasi bəyanatlarla ticarət aparmaq olmaz.
– Rusiya və ya digər qaz nəhəngləri yoxdursa belə, ümumiyyətlə, Azərbaycan maksimum Avropaya nə qədər qaz verə bilər?

 

– Biz Avropa ilə ildə 10 milyard kubmetrlik qaz alqı-satqısı müqaviləsi imzalamışıq. Avropa isə 540 milyard qaz istehlak edir. Bunun da 140 milyard kubmetrini Rusiyadan alır. Bundan başqa Azərbaycan qazı Avropaya 2019-cu ildə gedəcək. Barroso isə Rusiyaya qarşı durmaq üçün siyasi alətlərdən istifadə edirlər. Amma reallıq tamam başqa şeylər tələb edir. Avropa deyə bilər ki, 30 milyard kubmetr qazı Türkmənistandan ala bilərik. Tutaq ki, o qaz Türkmənistandan Azərbaycana qədər gəldi, bəs onu Avropaya hansı kəmərlə nəql edəcəklər. Bizim infrastrukturu nəzərdə tuturlarsa, bəs onda bizim qazımız necə olacaq? Barroso belə şeyləri bilirmi? TANAP maksimum 31 milyardlıq qaz üçün nəzərdə tutulub. Bundan artıq qazı vurmaq üçün yeni kəmər çəkilməlidir. Bunun üçünsə yeni müqavilələr imzalanmalıdır. Bu kəmər təbii ki, yenidən TAP-la eyni bazara yönəlməyəcək ki? Avropanın mərkəzi hissəsinə yönələ bilər, yəni keçmiş Nabucco layihəsinin marşrutunun artıq genişlənmiş variantı ola bilər. Bu isə Xəzər sahillərindən bəlkə 4300-4500 kilometr ola bilər. Belə halda bu kəmərin çəkilişi 40 milyarda yaxın vəsait də tələb edər, təxminən «Cənub axını» layihəsinin qiyməti qədər. Onda Avropa iri investisiya qoymağa hazır olmalıdır. Buna hazırdırsa, onda başqa məsələ ki, bazara Rusiya qazına hiss ediləcək səviyyədə alternativ mavi yanacaq çıxarmaq meylləri var…

* Caspian Barrel-in arayışı: 2013-cü ilin statistik məlumatlarına görə, Rusiya Avropa Birliyi ölkələrinə 139,8 milyard m3 qaz ixrac edib. Cari il üçün bu göstəricinin 151 milyard m3-a qədər artırılması planlaşdırılıb

 

Azadlıq radiosu

.

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.