Qazaxıstanda 2014-cü ilin yanvar-martında 688.5 min ton benzin hasil edilib ki,bu da keçən ilin analoji dövrünün göstəricisindən 7% çoxdur.
Bundan əlavə Statistika Agentliyinin verdiyi məlumata görə, hesabat dövründə 1.095 milyon ton dizel yanacağı, 918 min ton isə mazut istehsal edilib.
Hazırda Qazaxıstanda Pavlodar, Atırau və Şımkənt neft emalı zavodları fəaliyyət göstərir.