2014-cü ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin neft və qaz sektorunun payı 4 milyard 482.7 milyon manat təşkil edib. Bu barədə Vergilər naziri Fazil Məmmədov I rübün yekunlarına həsr olunmuş hökümət iclasında deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin 2 milyard 342.6 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) edilən transfertlər hesabına təmin edilib.
Beləliklə, ARDNF-ın 2014-cü ilin I rübündə dövlət büdcəsinin formalaşmasında payı 52,26% təşkil edib.
Nazir həmçinin bildirib ki, hesabat dövründə dövlət büdcəsinə Vergilər Nazirliyi xətti ilə 1 milyard 482.7 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə 330.4 milyon manat vəsait daxil olub. ARDNF-nun transfertləri nəzərə alınmadan dövlət büdcəsinə daxilolmaların 36.7% neft-qaz sektoru hesabına, 63.3% isə qeyri neft sektoru hesabına həyata keçrilib, deyə Məmmədov vurğulayıb.
Əgər nazirin məlumatlarına əsaslansaq, onda ilin I rübündə SOCAR daxil olmaqla neft şirkətləri dövlət büdcəsinə 785 milyon 417 min manat vəsait ödəyiblər.
Beləliklə, neft –qaz sektorunun dövlət büdcəsinin formalaşmasında payı Neft Fondundan transferlər daxil olmaqla birlikdə 69,78% (3 milyard 128 milyon 17 min ) təşkil edib.