Dövlət Gömtük Komitəsinin məlumatlarına əsasən, Azərbaycan cari ilin yanvar-mart aylarında 397 min 531 ton neft məhsulu ixrac edib. İxrac edilən neft məhsullarının dəyəri 279 mln 386 min 600 dollar təşkil edib.
Qeyd edək ki, 2014-cü ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi neft məhsullarının (1 milyon 180,7 min ton) 33,7% ixrac edilib, 66,7%-i isə daxili bazara yönəldilib.