“Günəşli” yatağınnın dayaz hissəsindəki 13-cü özüldən 351 nömrəli quyu qazmadan sonra istismara verilib.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin yayadığı məlumata görə, Şirkətinin “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3065-3027 metr intervaldan sutkalıq 75 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.