Aprelin 4-də SOCAR-nin Baş ofisində Rusiyanın məşhur qazma şirkəti olan “Eurasia Drilling Company LTD” (EDC) tərəfindən təqdimat keçirilib.
Təqdimat mərasimində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, Dövlət Neft Şirkətinin müvafiq struktur bölmələrinin rəhbərləri və “Eurasia Drillin Company LTD” şirkətinin prezidenti Aleksandr Caparidzenin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişlər.
İlk olaraq Yusifazdə tədbir iştirakçılarını salamlamış, bu kimi tədbirlərin neft-qaz sənayesinin inkişafına mühüm töhfə verdiyini vurğulamışdır.
“Eurasia Drilling Company LTD” şirkətinin prezidenti Aleksandr Caparidze tədbirin keçirlməsinə şərait yaratdığı üçün SOCAR rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sonra rəhbərlik etdiyi nümayəndə heyətini tədbir iştirakçılarına təqdim edən A.Caparidze təqdimat üçün sözü EDC LTD-nin vitse-prezidenti Murad Sanpiyerə vermişdir.
Canpiyer EDC-nin yaranmasından bəhs etmiş, qrupun əsasən quruda və dənizdə apardığı qazma işləri ilə bağlı göstəricilərin xülasəsini vermiş, regiondakı fəaliyyətindən, kompaniyanın strukturundan və Xəzər şelfi ilə bağlı strateji planlarından, dənizdəki qazma işləri ilə bağlı təcrübələrindən danışmışdır.
Təqdimat başa çatdıqdan sonra müasir qazma texnologiyaları haqda fikir mübadiləsi aparılmış, EDC-nin təmsilçiləri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.