2014-cü ilin yanvar-martında Xəzər Boru Kəməri Konsorsiumu (CPC) özünün boru sistemi ilə 9 milyon 448 min 805 ton xam neft nəql edib. 2013-cü ilin analoji dövründə isə bu rəqəm 7 milyon 694 min 632 ton olmuşdu. Bu məlumatlar CPC-nin məlumatlarında əks olunub.
Konsorsiuma görə, cari ilin mart ayında yüklərin nəqli 2013-cü ilin martındakı 2687,1 min tona qarşı 3293,3 min ton təşkil edib.