SOCAR-ın iqtisadiyyat üzrə vitse prezidenti Süleyman Qasımov bildirib ki,”Azəernerji” ASC-nin SOCAR-a 280 milyon manat (cari kurs ilə $357,5) borcu var.
Onun sözlərinə görə, “Azərenerji”elektrik stansiyalarına tədarük edilmiş qaz üçün SOCAR-a vəsait ödəyə bilmir.
Süleyman Qasımov Turanın sualına cavab olaraq bildirib ki, “Azərenerji”nin əhali kateqoriyasından yığılan vəsaitlərdə problemi yoxdur. Problem digər abunəçilərdədi.
“Azərenerji” qarşısında ən böyük borc “Azərsu” ASC-nə məxsusdur. Bundan başqa bir sıra dövlət strukturlarının da “Azerenerji”yə borcları var.
Qeyd edək ki, 2013-cü ilin dekabrında Tarif Şurası “Azərenerji” üçün qazın 1000 kub metr satış qiymətini 42 manatdan 80 manata qaldırıb.