Azərbaycan öxrac etdiyi neftini 2014-cü ilin əvvəlindən dünya bazarlarında hansı qiymətə satıb?
Dövlət Neft Şirkətindən Caspian Barrel-ə verilən məlumata görə, mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 107,55 dollara, Urals nefti – 106,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 109,53 dollara satılmışdır.
Qeyd edək ki, Azərbaycanın ixrac etdiyi əsas markalı neft BTC FOB Ceyhan tipli xam neftdir. Onun 1 barelinin fevralda orta qiyməti 110,94 dollara, yanvarda isə 108,76 dollar olub. Beləliklə, Azərbaycan birinci rübün yekunlarına görə, Ceyhan limanından ixrac etdiyi neftinin hər barelini orta hesabla 109,74 dollara satıb.