Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirib ki,2013-cü ildə ölkəsi ən çox neft İtaliyaya tədarük edib.
“Qazaxıstan dünyanın 30-dan artıq ölkəsinə neft ixrac edir. 2013-cü ildə ən böyük ixracat İtaliyanın payına düşüb – təxminən 27%, Çinə – 17%, Niderlanda- 13%, Fransaya -9%, Avstriyaya -7%”, – deyə Məclisdə hökümət saatı iclasında Karabalin bildirib.
Onun sözlərinə görə, keçən il Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri ilə tədarük 28.7 milyon ton və ya ümumi ixracın 40% təşkil edib. Atırau-Samara xətti ilə 2013-cü ildə 15.4 milyon ton (21%), Atasu-Alaşankau ilə isə 11.8 milyon ton (17%) neft nəql edilib.
“Aktau limanından 6.3 milyon ton neft və ya 9%, Orenburq QEZ-na isə 856 min ton kondensat tədarük edilib. Daha 9 milyon ton isə dəmir yolu ilə göndərilib”, deyə – KMG şirkətinin prezidenti bildirib.