Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən növbəti YDM istifadəyə verilib

24/03/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

ruminiya_21032014_02

Martın 21-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Kluj şəhərində “SOCAR” brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, açılış mərasimində Rumıniyanın sabiq Baş naziri, hazırda Kluj şəhərinin meri Emil Bok, şəhər icra hakimiyyətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan Azərbaycanlılar, “SOCAR- Petroleum” şirkətinin əməkdaşları, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Açılış mərasimində “SOCAR-Petroleum” şirkətinin rəhbəri Həmzə Kərimov çıxış edib.

Bildirib ki, Kluj şəhərində yeni yanacaqdoldurma məntəqəsinin açılması ilə “Socar Petroleum” şirkətinin Rumıniyanın Transilvaniya bölgəsində genişlənməsi davam edir. Hazırda bu bölgədə şirkətin daha bir neçə YDM-lərinin tikintisi davam edir ki, onlar da bu il ərzində istifadəyə veriləcəkdir. 2014-cü ildə şirkət 8 yeni YDM istifadəyə vermiş və bu genişlənmə dinamik tempdə davam edəcəkdir. Bununlada işçilərimizin sayı 400 nəfəri keçib.

Geniş torpaq sahəsinə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir.

Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada, həmçinin market, “NAR” kafe fəaliyyət göstərəcək, müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaqdır. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 27-yə çatıb.

Xatırladaq ki, Avropa Gənclər Paytaxtı adını qazanmaq uğrunda keçirilən müsabiqədə səsvermə zamanı məhz Kluj şəhərinin Azərbaycanı dəstəkləməsi və həlledici səsi Gəncənin 2016-cı ilin Avropa paytaxtı seçilməsinə səbəb olub.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.