İranın neft naziri Bijan Namdar Zanqane yeni ilin ilk iş günündə (İranda yeni il martın 21-də başlayır) “Cənubi Fars” yatağının istismarı ilə tanış olmaq üçün Asaluye gəlib. Nazir qeyd edib ki, yataqda yeni fazaların istsimara verilməsi hasilatın gündə 80-100 milyon kub metr artmasına səbəb olacaq.
Layihələrin gedişinin müzakirə olunduğu görüşdən sonra nazir helikopter ilə “Cənubi Fars” yatağının dəniz və quru obyektlərinin üzərindən uçuş keçirib. Səfər zamanı naziri İran milli neft şirkətinin direktoru Rokneddin Javadi və nazirin müavini Mansur Moazemi müşayiət edib.