İran Neft nazirinin karbohidrogen ehtiyatlar üzərində nəzarət üzrə müavini Mansur Moazami “İran 1404” (2025-ci il – red.) konfransında bildirib ki, neft-qaz sənayesində əsas diqqət “Cənubi Fars” yatağının inkişafının başa çatdırılmasına yönəldiləcək.
Mansur Moazaminin sözünə görə, cari ildə gündəlik qaz hasilatı 10-12 milyon kub metr artıb. O bildirib ki, Cənubi Fars yatağında birinci növbədə 12,15,16,17,18-ci mərhələləri inkişaf etdirələcək.
Nikbin proqnozlara görə, gələn il qaz hasilatı gündə 100-120 milyon kub metr artacağı halda ölkədə qaz istehlakı gündə 60 milyon kub metr artacaq.