İRNA agentliyi xəbər verir ki, İran Oman ilə bu ölkəyə 10 milyard kub metr qazın ixracı barədə müqavilə imzalayıb.
Müqavilədə nəzərdə tutulur ki, qurudakı və dənizdəki qurğuların tikintisi, eləcə də boru kəmərinin çəkilişi Oman dövlətinin hesabına həyata keçriləcək. Xərclərin ödənilməsi isə qazın satışından alınan gəlirlər hesabına təmin ediləcək.
Omana qaz nəql ediləcək boru kəməri başlanğıcını Mesopatamiyadan, Cənubi Fars yatağından götürəcək. Boru kəmərinin ümumi üzunluğu 350 km təşkil edəcək və 200 km dəniz altında,150 km isə quruda olacaq.
İranın neft nazirinin sözlərinə görə, layihə 1 milyard dollar həcmində qiymətləndirlir və onun həyata keçrilməsi üçün 3 il vaxt tələb olunur.