Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki,2014-cü ilin yanvar-fevralında Azırbaycanda 6.8 milyon ton neft hasil edilib.
Əvvələr məlumat verildiyi kimi, 2013-cü ilin analoji dövründə ölkədə neft hasilatı 7.2 milyon ton təşkil etmişdi. Beləliklə 2014-cü ilin yanvar-fevralında neft hasilatı 5.6% azalıb.
2014-cü ilin yanvar-fevralında Azərbaycanda 3.1 milyard kub metr əmtəəlik qaz hasil edilib ki,bu da keçən ilin analoji dövrü ilə müqayisədə 6.8% çoxdur.
Qeyd edək ki, 2013-cü ildə neft hasilatı 43.5 milyon ton,əmtəəlik qaz isə 17.9 milyard kub metr təşkil etmişdi.
Hökümətin proqnozuna əsasən 2014-cü ildə ölkədə neft hasilatı 40 milyon 973 min ton,qaz istehsalı isə (kommersiya qazı daxil olmaqla) 27 milyard 363.3 milyon kub metr səviyyəsində gözlənilir.