2013-cü ildə Avropa Birliyinin 28 ölkəsində təbii qazın istehlakı 1.4% azalaraq 462 milyard kub metr və ya 4989 milyard kVt saat təşkil edib. Bu barədə Finmarket Eurogasa istinadən məlumat verib.
Belə ki,Avropada təbii qazın istehlakı artıq 3-cü ildir ardıcıl olaraq azalır.2012-ci ildə azalma 2%,2011-ci ildə isə 11% azalma qeydə alınmışdı.
Qaza təlabat əsasən energetikada azalıb. Buna səbəb isə bərpa olunan enerji ilə kömürün rəqabətidir.Həmçinin iqtisadiyyatda tənəzül ilə əlaqədar olaraq elektrik enerjisinə təlabat azalıb.
Regionda öz təbii qaz hasilatı 1% azalaraq – 156 milyard kub metr təşkil edib ki,bu da təlabatın 33% dir. Rusiya regionun ehtiyaclarının 27%,Norveç 23%,Əlcazair 8%,Qatar isə 6% ödəyib.