YEK-nin Mərkəzi Nəzarət idarəsindən verilən məlumata görə,Rusiyada 2014-cü ilin fevralında qaz hasilatı 0.3% artaraq 57.7 milyard kub metrə çatıb.
Bununla belə “Qazprom” qaz hasilatı 1% azalaraq 42.2 milyard kub metr təşkil edib.Lakin uzaq xaricə qaz ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 6.3% artıraraq 12.018 milyard kub metrə çatıb.
Yaxın xaricə qaz ixracı 9% azalaraq 4.2 milyard kub metr təşkil edib.
Müstəqil qaz istehsalçısı şirkətləri, məsələn, “Novatek” qaz hasilatını 2.5% artıraraq 4.791 milyard kub metr qaz, Rosneft isə 2.3% artıraraq 4 milyard kub metr qaz istehsal edib.
Fevralda Rusiya daxilində qaz istehlakı 3.8% artaraq 48.1 milyard kub metr təşkil edib.