İranın neft naziri Bijan Namdar Zanqaneh bildirib ki,ölkəsi heç vaxt Xəzər dənizi neftinə olan iddialarından imtina etməyəcək.
Heç bir ölkəyə İranın ərazi sularında qazma işi aparmağa hüququ yoxdur – deyə Zanqaneh bildirib.
“İranın ilk prioriteti Fars körfəzində olan cənub neft yataqlarının inkişaf etdirilməsidir”, – deyə nazir bildirib və əlavə edib ki, Xəzər dənzi yataqlarında qazma işi aparmaq çox çətindir.
İran parlamenitin üzvü Zöhrə Tayabzade Nuri sözlərinə görə, İranın Xəzər dənizində müştərək yataqları yoxdur.