İranın neft və qaz nazirinin müavini Əli Majedi bildirib ki,xaricdən investorlar cəlb etmək üçün martın sonunda yeni neft müqavilələrinin məzmunu açıqlanacaq.
Nazir müavini dəqiqləşdirib ki,müqavilələr İranın növbəti təqvim ayı olan Esfandda açıqlanacaq ki, bu ayda martın 20-də qutarırır.
2013 –cü ilin noyabrında İran və beynəlxalq “altılıq” (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya) İran ilə nüvənin 20% zənginləşdirilməsinin dayanadırılması müqabilində iqtisadi sanksiyaların qaldırılması sözü vermişdi. Bu ilin yanvarında İran elan etmişdi ki,beynəlxal sanksiyaların zəifləməsi ilə əlaqədar olaraq dəniz yolu ilə neft tədarükünə başlamaq istəyir.